Tokayev Brüsseldən qayıdan kimi Putinə hesabat verdi
Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, liderlər strateji tərəfdaşlığın inkişafını və birgə ikitərəfli layihələrin icrasını müzakirə ediblər.
Telefon danışığı zamanı Tokayev iyunun 22–23-də Brüsselə etdiyi rəsmi səfərin nəticələri barədə Putinə ətraflı məlumat verib.
19:48 30.06.2026
Oxunuş sayı: 56