ABŞ-da rekord istilər dünya çempionatının oyunlarını riskə atır
ABŞ-də müşahidə olunan ekstremal istilərin bu həftə keçiriləcək futbol üzrə dünya çempionatının pley-off mərhələsinin oyunları zamanı futbolçular və azarkeşlər üçün təhlükə yarada bilər.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə TSN məlumat yayıb.
Məlumata görə, ABŞ meteoroloqlarının proqnozlarına əsasən, çərşənbə günündən etibarən Boston, Kanzas-Siti, Nyu-York və Filadelfiya şəhərlərində havanın temperaturu 44 dərəcə Selsiyə qədər yüksələ bilər.
Bildirilib ki, adıçəkilən şəhərlərdə yerləşən stadionların örtülü olmaması səbəbindən həm oyunçuların, həm də azarkeşlərin günəşdən qorunmaq imkanları məhduddur. Bu isə yüksək temperaturun sağlamlıq üçün yaratdığı riskləri artırır.
Qeyd olunur ki, həmin şəhərlərdə bu həftə dünya çempionatının 1/16 final mərhələsinin bir sıra oyunlarının keçirilməsi planlaşdırılır.
Bundan əvvəl ABŞ Milli Meteorologiya Xidməti Orta Qərbdən Şərq sahillərinə qədər olan ərazilər üçün təhlükəli istilərlə bağlı xəbərdarlıq yayıb və ölkədə anomal yüksək temperaturun bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.
18:16 30.06.2026
Oxunuş sayı: 58