"Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirilib
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva vilayətində yerləşən "Dubna" Kosmik Rabitə Mərkəzinə zərbə endirildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, obyekt peyk rabitəsi, kəşfiyyat və Rusiya ordusunun Ukraynadakı fəaliyyətinin koordinasiyası üçün istifadə olunur.
O bildirib ki, mərkəz Ukrayna sərhədindən 500 kilometrdən çox məsafədə yerləşir.
Zelenski əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri daha əvvəl Moskva və Vladimir vilayətlərində yerləşən oxşar dörd mərkəzi də vurub. O, gələcəkdə analoji obyektlərə qarşı yeni zərbələrin endiriləcəyini də istisna etməyib.
17:43 30.06.2026
Oxunuş sayı: 51