İraq ABŞ-nin dəstəyi ilə İrana qarşı əməliyyat aparır
İraqda son günlər həyata keçirilən həbslərin ABŞ-nin dəstəyi ilə yeni hökumət tərəfindən təşkil olunduğu iddia edilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatların əsas məqsədi İrana bağlı siyasi və silahlı şəbəkələrin təsir imkanlarını zəiflətməkdir.
Mənbələrin bildirdiyinə görə, İrana yaxın qruplar isə öz növbəsində yeni baş naziri hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar.
İddialara əsasən, həbslər ABŞ-nin Suriya və İraq üzrə nümayəndəsi Tom Barakın dəstəyi və koordinasiyası ilə yeni hökumət tərəfindən həyata keçirilir. Əməliyyatların əsas hədəfinin İrana bağlı siyasətçilər və qruplar olduğu bildirilir.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
16:59 28.06.2026
Oxunuş sayı: 52