Ukraynanın pula ehtiyacı var
Ukraynanın 2027–2029-cu illər üçün Büdcə Bəyannaməsinə əsasən, ölkənin 2026–2029-cu illər ərzində təxminən 146 milyard ABŞ dolları həcmində xarici borclanmaya ehtiyacı olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko Polşaın Qdansk şəhərində Böyük Britaniya və Litvadan olan həmkarları ilə keçirdiyi görüşlərdən sonra məlumat verib.
Nazir bildirib ki, beynəlxalq tərəfdaşların hazırkı maliyyə dəstəyinə baxmayaraq, Ukraynanın maliyyələşmə çatışmazlığı hələ də ciddi olaraq qalır. Onun sözlərinə görə, büdcə ehtiyaclarının tam qarşılanması üçün əlavə xarici maliyyə resurslarının cəlb edilməsi vacibdir.
16:33 28.06.2026
Oxunuş sayı: 55