Zelenski: Leninin heykəlinin yerində İvan Mazepaya abidə ucaldılmalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski Konstitusiya Günü münasibətilə etdiyi çıxışda ölkənin milli qəhrəmanı hesab olunan İvan Mazepaya Kiyevin mərkəzində möhtəşəm abidə ucaldılmasını təklif edib.
Crossmedia.az xarici KİV-ə istinadən zəbər verir.
Zelenski bildirib ki, İvan Mazepanın tarixi şəxsiyyəti və Ukrayna dövlətçiliyinə töhfələri paytaxtda layiqli şəkildə əbədiləşdirilməlidir. Onun sözlərinə görə, bunun üçün ən uyğun məkan 2013-cü ilin dekabrında Vladimir Leninin abidəsinin söküldüyü Taras Şevçenko bulvarıdır.
“Düşünürəm ki, bunun üçün ideal yer mövcuddur. Həmin yer 2013-cü ilin dekabrından etibarən Taras Şevçenko bulvarında mövcuddur”, – deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, İvan Mazepa Zaporojye Qoşununun hetmanı olub. O, Şimal müharibəsi zamanı Rusiya çarı I Pyotra qarşı çıxaraq İsveç kralı XII Karlın tərəfinə keçib. Ukrayna tarixşünaslığında Mazepa tez-tez milli qəhrəman kimi qiymətləndirilir.
15:43 28.06.2026
Oxunuş sayı: 49