SEPAH ABŞ-ni hədələdi: Cəhənnəmlə qarşılaşacaqlar
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Sirik bölgəsinə endirdiyi zərbələrə sərt reaksiya verərək Vaşinqtonu hədələyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinin bəyanatında ABŞ-nin hücumlarının İranın Hörmüz boğazındakı üstünlüyünü zəiflətməyəcəyi bildirilib. Açıqlamada qeyd olunub ki, Sirikə endirilən zərbələr boğaz üzərindəki hərbi üstünlüyün mahiyyətini dəyişmir.
Bəyanatda sərhəd pozucularına qarşı həyata keçirilən əməliyyatların digər gəmilər üçün təhlükəsiz keçid qaydalarını nümayiş etdirdiyi vurğulanıb. SEPAH, həmçinin ABŞ-nin bölgədəki hərbi bazalarına işarə edərək xəbərdarlıq edib: “Onlar qarşıdakı günlərdə cəhənnəmlə qarşılaşacaqlar.”
14:50 28.06.2026
Oxunuş sayı: 59