Heqset tanınmış ABŞ generalının xidmət müddətini uzatmadı
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ Quru Qoşunlarının tanınmış komandirlərindən biri olan general Kristofer Donahunun xidmət müddətinin uzadılması ilə bağlı təşəbbüslərin qarşısını alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu qərardan sonra Donahu təqaüdə çıxmaq üçün müraciət edib. Onun iyulun 2-də vəzifəsini rəsmən tərk edəcəyi bildirilir.
Məlumata görə, generalın xidmət müddətinin uzadılması ilə bağlı bir sıra təşəbbüslər olsa da, Müdafiə Nazirliyinin rəhbərliyi bu addımı dəstəkləməyib. Qərarın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
11:48 28.06.2026
Oxunuş sayı: 43