Əraqçi İraqa rəsmi səfər edib
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi səfər çərçivəsində Tehrandan Bağdada yola düşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Əraqçinin İraqın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq prosesləri müzakirə etməsi nəzərdə tutulur.
Bundan başqa, görüşlərin gündəliyinə müqəddəs məkanlarda keçmiş ali dini lider Ayətullah Seyid Əli Xamenei ilə bağlı dəfn mərasimlərinin təşkili üzrə koordinasiya məsələlərinin də daxil edildiyi bildirilib.
11:25 28.06.2026
Oxunuş sayı: 184