Mərkəzi Afrika Respublikasında 24 nəfər vəbadan ölüb
Mərkəzi Afrika Respublikasında vəba (xolera) xəstəliyinin yayılması qeydə alınıb və 24 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ölüm göstəricisi 12,2% təşkil edir.
Epidemiyanın mərkəzi ölkənin cənub-qərbində yerləşən Bimbo və Mbaiqui bölgələridir.
İlk yoluxma halı 14 iyun tarixində aşkarlanıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə vəziyyət nəzarətə götürülüb.
21:13 27.06.2026
Oxunuş sayı: 47