Bəhreyn İranı suverenliyini pozmaqda günahlandırdı
Bəhreyn Xarici İşlər Nazirliyi ölkə ərazisinin sübh saatlarında İranın pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin bəyanatında insident Bəhreynin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Rəsmi Manama hücumun məsuliyyətini İranın üzərinə qoyub. Hadisə nəticəsində mümkün dağıntılar və itkilərlə bağlı hələlik əlavə məlumat verilməyib.
15:55 27.06.2026
Oxunuş sayı: 43