DÇ-2026-nın ən böyük sensasiyası: Kabo-Verde pley-offda
Kabo-Verde millisi 2026-cı il dünya çempionatında qrup mərhələsini adlayaraq turnirin ən böyük sensasiyalarından birinə imza atıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, H qrupunda 3 xalla ikinci yeri tutan Kabo-Verde millisi Uruqvay və Səudiyyə Ərəbistanını geridə qoyaraq 1/16 finala yüksəlib. Komanda bu nəticəni Səudiyyə Ərəbistanı ilə qolsuz heç-heçə etməsi və İspaniyanın Uruqvayı 1:0 hesabı ilə məğlub etməsi sayəsində əldə edib.
1/16 final mərhələsində Kabo-Verde millisini çətin sınaq gözləyir. Afrika təmsilçisi turnirin son dünya çempionu Argentina ilə üz-üzə gələcək.
11:46 27.06.2026
Oxunuş sayı: 55