Pekinin ən hündür göydələninə təyyarə çırpılıb
Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür göydələni olan CITIC Tower-ə “China Zun” çırpılıb.
Crossmedia.az xəbər verir ki, təyyarənin qalıqları binanın şərq girişinin yaxınlığına düşüb. Hadisə yerində təcili yardım və digər operativ xidmətlər fəaliyyət göstərir.
Hündürlüyü 528 metr olan CITIC Tower Pekinin ən yüksək binası hesab olunur. İlkin məlumatlara əsasən, insident nəticəsində göydələn ciddi zərər görməyib.
Hadisənin səbəbləri və mümkün zərərçəkənlərlə bağlı araşdırma aparılır.
19:20 26.06.2026
Oxunuş sayı: 43