Bahalı hədiyyələr sabiq birinci xanımı həbsə apardı
Cənubi Koreyanın sabiq birinci xanımı Kim Kon Hi korrupsiya işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onu müxtəlif xidmətlər göstərmək və məsələlərin həllinə yardım müqabilində bahalı hədiyyələr almaqda təqsirli bilib.
Qərara əsasən, qanunsuz mükafat hesab edilən bütün dəbdəbəli əşyalar müsadirə olunacaq. Bunlara Van Cleef & Arpels brilyant boyunbağı, Tiffany broşu, Dior çantası, qızıl tısbağa heykəli və tanınmış cənubi koreyalı rəssam Li Ufanın əsəri daxildir
17:55 26.06.2026
Oxunuş sayı: 56