Avropa Komissiyasının sədri Bakıdan sonra İrəvana gedəcək
Avropa Komissiyasının nümayəndəsi Paula Pinyunun Brüsseldə keçirdiyi brifinqdə verdiyi məlumata görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-2-də Avropanın dəstəyini ifadə etmək məqsədilə Azərbaycan və Ermənistana səfər edəcək.
Crossmedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, səfər çərçivəsində Fon der Lyayen Azərbaycan və Ermənistan arasında sülh prosesini, eləcə də hər iki ölkənin Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizinə çevrilməsi üçün Aİ-nin nəqliyyat infrastrukturuna yatıracağı investisiyaları müzakirə edəcək.
Bu arada,"Politico" nəşri bildirib ki, səfərin əsas məqsədi Avropa İttifaqının Cənubi Qafqazdakı mövqeyini gücləndirmək və Rusiyanın bölgədəki təsirinə qarşı fəaliyyət göstərməkdir.
15:57 26.06.2026
Oxunuş sayı: 54