Moskva: ABŞ-i neytral tərəf adlandırmaq olmaz
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-i Ukrayna münaqişəsində tamamilə neytral tərəf hesab etmək mümkün deyil.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bu fikri TASS-ın sualını cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, Vaşinqtonun münaqişədəki mövqeyi nəzərə alındıqda, ABŞ-in tam neytral statusundan danışmaq doğru olmaz.
Bununla belə, Kreml sözçüsü ABŞ-in sülh nizamlanmasına töhfə vermək imkanının qaldığını da vurğulayıb.
14:29 26.06.2026
Oxunuş sayı: 47