Tehran gərginliyi artırır: Üç ölkəyə ardıcıl ittihamlar
İran rəsmiləri İsrail, İtaliya və Rumıniya ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.
Crossmedia.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani “X” hesabında paylaşdığı mesajda İsraili Livandan tamamilə çıxmağa çağırıb.
O bildirib ki, əks halda İsrail məğlub olaraq geri çəkilməyə məcbur olacaq.
Eyni zamanda, İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda İtaliya və Rumıniyadakı hərbi hava bazalarından istifadə etdiyini iddia edib. O, bu səbəbdən hər iki ölkənin məsuliyyət daşıdığını bildirib.
Qəribabadinin açıqlaması İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Romanın ABŞ-yə İrana qarşı hərbi əməliyyatlar üçün bazalarından istifadə etməyə icazə vermədiyini bəyan etməsindən sonra səsləndirilib.
13:42 26.06.2026
Oxunuş sayı: 55