Robert Koçaryanın iddiası rədd edildi
Ermənistan parlamentinin sədri Alen Simonyan birinci instansiya məhkəməsində ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı işi qazanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Robert Koçaryan Alen Simonyanı şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməkdə ittiham edərək məhkəməyə vermişdi.
Məhkəmə Alen Simonyanın çıxışında təhqir və ya böhtan xarakterli ifadələrin olmadığı qənaətinə gəlib və iddianı təmin etməyib.
13:08 26.06.2026
Oxunuş sayı: 50