Serdar Kılıç Rubinyanın namizədliyini təbrik edib
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd göstərilən Ruben Rubinyanı təbrik edib.
Crossmedia.az-ın məlumatına görə, Serdar Kılıç sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, son dörd il ərzində aralarında səmərəli əməkdaşlıq və səmimi dostluq mühiti formalaşıb.
O qeyd edib ki, bu münasibətlər qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq yaranıb və iki ölkə arasında normallaşma prosesinə töhfə verib.
12:20 26.06.2026
Oxunuş sayı: 33