Netanyahu: Yaxın Şərqdə və dünyada sağ qalmaq gücdən asılıdır
İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə və dünyada dövlətlərin taleyinin onların gücündən asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O qeyd edib ki, güclü olanlar mövcudluğunu qoruyub saxlayır, zəiflər isə rəqabətə tab gətirə bilmir.
“Güclülər sağ qalır. Zəiflərə yer yoxdur. Onlar məhv edilir və yoxa çıxırlar”, – Netanyahu vurğulayıb.
23:00 25.06.2026
Oxunuş sayı: 49