Ermənistanda tanınmış oliqarxın toxunulmazlığının qaldırılması tələb olunur
Ermənistan Baş Prokurorluğu oliqarx və siyasətçi Qaqik Tsarukyan barəsində cinayət işinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Crossmedia.az xəbər verir ki, Baş Prokurorluq Tsarukyanın deputat toxunulmazlığının aradan qaldırılması və ona qarşı cinayət təqibinin başlanması məqsədilə müvafiq vəsatət təqdim edib.
22:20 25.06.2026
Oxunuş sayı: 49