Zaqatalanın bəzi əraziləri qazsız qalacaq
Zaqatala rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
18:32 18.06.2026
Oxunuş sayı: 38