Tehran və Vaşinqton 14 maddəlik təklif üzərində təmasları davam etdirir
İran və ABŞ arasında diplomatik təmasların davam etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlamasında tərəflər arasında mesaj mübadiləsinin Tehranın təqdim etdiyi 14 maddəlik təklif əsasında davam etdiyini bildirib.
Onun sözlərinə görə, fikir mübadiləsi “İranın 14 maddəlik təklif mətni” çərçivəsində aparılır və proses hələ də davam edir.
Bundan əvvəl, mayın 18-də "Tasnim News" yazmışdı ki, Pakistan vasitəsilə Vaşinqtona çatdırılan sənəddə əsas diqqət hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın gücləndirilməsi mexanizmlərinə yönəlib.
16:07 21.05.2026
Oxunuş sayı: 42