Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib
Malta Prezidenti Miriam Spiteri Debono azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.
Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
16:26 21.05.2026
Oxunuş sayı: 55