ŞOK açıqlama: NATO-nun taleyi ABŞ-dən asılıdır
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, bugünkü NATO ABŞ-nin iştirakı olmadan mövcud təhlükəsizlik rolunu tam şəkildə davam etdirə bilməz.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Stoltenberqin sözlərinə görə, Avropa ölkələri müstəqil şəkildə NATO-nu əvəz edəcək və ya ABŞ-nin verdiyi təhlükəsizlik zəmanətlərinə tam alternativ yarada biləcək gücdə deyil.
O qeyd edib ki, Alyans daxilində ABŞ-nin hərbi və strateji çəkisi hələ də həlledici rol oynayır və bu balansın dəyişməsi ümumi təhlükəsizlik sisteminə ciddi təsir göstərə bilər.
15:52 21.05.2026
Oxunuş sayı: 43