Kamal Abdulladan qalmaqallı açıqlama: Fikrimi yarımçıq yayıblar
Sosial şəbəkələrdə Xalq yazıçısı Kamal Abdullanın adından xəbər tirajlanır ki, bu tirajlanan xəbərlər insanların aqressiyasına səbəb olub. Paylaşılan məlumatda qeyd olunur ki, qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək daha çox xeyir gətirər.
Crossmedia.az məsələ ilə bağlı Kamal Abdulla ilə əlaqə saxlayıb:
“Fikrimi yarımçıq yayımlayıblar. O fikrin ardı da var axı. Mən o fikri belə demişəm ki, qadın evdə oturursa, daha yaxşıdır. Amma elə qadınlar var ki, onların daxili potensialı imkan verir ki, onlar müəyyən qurumlarda çalışsınlar və cəmiyyətə ciddi xeyir versinlər”.
Ayhan
13:44 21.05.2026
Oxunuş sayı: 89