Rusiya qazı BAHALAŞIR: İrəvan böhrana qarşı hazırlığa keçib
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, hökumət Rusiyadan idxal olunan qazın qiymətinin mümkün artımı ilə bağlı əvvəlcədən müxtəlif mexanizmlər hazırlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, hakimiyyət belə bir ssenarinin reallaşacağını gözləməsə də, vəziyyət dəyişəcəyi halda cavab verməyə tam hazırdır.
Papoyan qeyd edib ki, bu cür ehtimal olunan risklərə qarşı planlar illər əvvəl hazırlanıb. O əlavə edib ki, hazırda Ermənistan hökuməti qaz qiymətlərində ciddi artım olacağına inanmır.
İqtisadiyyat naziri, həmçinin vurğulayıb ki, dünya bazarlarında benzinin qiyməti iki-üç dəfə artsa da, Ermənistanda artım cəmi bir neçə faiz səviyyəsində olub.
15:28 21.05.2026
Oxunuş sayı: 58