Budanov: Rusiyanı biz idarə etməliyik
Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov Rusiyanı Ukrayna tarixini mənimsəməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Budanov bildirib ki, ruslar Ukraynanın tarixi irsini oğurlayıb və öz dövlətçilik narrativlərini bunun üzərində qurmağa çalışıblar.
O, həmçinin iddia edib ki, Rusiya əslində Ukraynadır və Moskvanın idarəçilik modelinin tarixi baxımdan Kiyevdən qaynaqlandığını vurğulayıb.
Budanovun sözlərinə görə, Rusiyanın formalaşmasında əsas rol Ukrayna torpaqları və Kiyev Rus dövləti ilə bağlı olub. Onun bu açıqlamaları sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
15:44 21.05.2026
Oxunuş sayı: 51