Ərazilər minalardan təmizlənmədən bərpa mümkün deyil – Yalçın Rəfiyev
Bizim ümumi gəldiyimiz qənaət ondan ibarətdir ki, yenidənqurma fəaliyyətlərinin başlanması üçün bir sıra vacib ön şərtlər mövcuddur.
Crossmedia.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O əlavə edib ki, ilk növbədə maliyyə resurslarının əlçatan olması və sülh şəraitinin mövcudluğu əsas amillərdəndir:
“Lakin Azərbaycan üçün burada spesifik və olduqca ciddi bir çətinlik var — bu da mina problemidir. Yəni maliyyə imkanları mövcud olsa belə, həmçinin atəşkəs və sülh şəraiti təmin edilsə belə, ərazilər minalardan təmizlənmədən yenidənqurma fəaliyyətlərinə başlamaq mümkün olmur.
Minaların təmizlənməsi isə çox böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ancaq məsələ təkcə maliyyə ilə məhdudlaşmır. Bu proses, eyni zamanda böyük təcrübə, texniki imkanlar və beynəlxalq dəstək tələb edir. Çünki bu, yalnız yenidənqurma işlərini həyata keçirən dövlətin tək məsuliyyəti hesab edilə bilməz.
Artıq bu məsələ BMT qərarlarında da təsbit olunmuş bir faktor kimi qəbul edilir və humanitar problem kimi qiymətləndirilir. Yəni insanların bu təhlükə ilə üz-üzə qalmaması, onların təhlükəsiz şəkildə öz torpaqlarına qayıda bilməsi üçün beynəlxalq ictimaiyyət birgə şəkildə fəaliyyət göstərməli, mina təmizlənməsi prosesinə dəstək verməlidi.
Ayhan
16:25 21.05.2026
Oxunuş sayı: 55