BƏƏ prezidentinin müşaviri: İranın planları uydurma xəyaldır
BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş İrana qarşı sərt bəyanatla çıxış edərək, Tehranın illərdir Körfəz ölkələrinə təzyiq göstərdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qarqaş qeyd edib ki, İranın aqressiv ritorikası ilə dostluq mesajları arasında ciddi ziddiyyət var və bu səbəbdən regionda etimad mühiti zəifləyib. Onun sözlərinə görə, İran rejimi son hərbi uğursuzluqlardan sonra yeni regional reallığı öz maraqları çərçivəsində möhkəmləndirməyə çalışır.
Müşavir vurğulayıb ki, Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyini pozmaq cəhdləri "uydurma xəyallardan başqa bir şey deyil".
Qarqaş əlavə edib ki, regionda etimadın yenidən qurulması yalnız qonşu dövlətlərin suverenliyinə hörmət və mehriban qonşuluq prinsiplərinə real sadiqlik əsasında mümkün ola bilər.
14:32 21.05.2026
Oxunuş sayı: 65