Azərbaycan gələcəyin şəhərlərini qurur - Zambiyalı ekspert
WUF13 bu gün olduqca mühüm və həlledici rol oynayır. Xüsusilə də, nəzərə alsaq ki, dünya hazırda Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə inkişaf istiqamətini müəyyənləşdirir və mənzil məsələsi qlobal cənub ölkələrinin qarşılaşdığı ən ciddi problemlərdən biridir.
Bunu Ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasında Crossmedia.az-a açıqlamasında Zambialı ekspert Mekson Muvamulando deyib.
O, əlavə edib ki, WUF13 həm də nümunəvi bir model ortaya qoyur:
“Çünki forum Azərbaycanın ev sahibliyi ilə keçirilir və Azərbaycan bu gün gələcəyin şəhərlərinin qurulması istiqamətində çox böyük və mühüm addımlar atır.
Xüsusilə, ağıllı kəndlər və müasir şəhərsalma layihələri göstərir ki, gələcəkdə inşa olunacaq yaşayış məntəqələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə planlaşdırılır.
Bu baxımdan, WUF13 təkcə beynəlxalq forum deyil, eyni zamanda bəşəriyyətin gələcək yaşayış modeli, şəhərsalma siyasəti və dayanıqlı inkişaf prinsipləri baxımından tarixə düşəcək çox əhəmiyyətli bir tədbirdir”.
Ayhan
16:00 21.05.2026
Oxunuş sayı: 61