İsveç Kralı Azərbaycan Prezidentini təbrik edib
İsveç Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, İsveç Kralının təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
16:09 21.05.2026
Oxunuş sayı: 54