Mənzil böhranını təkcə hökumətlər həll edə bilməz - ekoloq
Bu tədbirin əhəmiyyəti ondadır ki, o, müxtəlif sahələrdən olan mütəxəssislərin, nazirliklərin və fərqli maraqlı tərəflərin bir araya gəldiyi ortaq düşüncə və əməkdaşlıq platformasıdır.
Bunu Ümumdünya şəhərsalma forumunun 13-cü sessiyasında Crossmedia.az-a açıqlamasında ekoloq Jabulani Garvi deyib.
O əlavə edib ki, burada əsas məqsəd getdikcə artan qlobal mənzil böhranının həlli yollarını müəyyənləşdirməkdir:
“Müxtəlif iştirakçıların çıxışlarından və təqdimatlardan da gördük və eşitdik ki, qeyri-formal məskunlaşma, sürətli urbanizasiya və iqlim dəyişikliyi bir sıra ciddi problemlərə səbəb olub.
Bu problemlər isə bir çox sahələri əhatə etdiyi üçün bütün tərəflərin birgə fəaliyyət göstərməsini zəruri edir. Artıq aydın olur ki, artmaqda olan mənzil böhranının həllini təkcə hökumətlər təmin edə bilməz.
Məhz buna görə də, vətəndaş cəmiyyəti təşkilatlarının, özəl sektorun, hökumətlərin və akademik dairələrin bir araya gələrək uzunmüddətli həll yolları üzərində çalışmasına ehtiyac var”.
Ayhan
14:24 21.05.2026
Oxunuş sayı: 93