Mirzoyan: Ermənistan gərginliyə can atmır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamasına cavab verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Mirzoyan bildirib ki, Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmaq niyyətində deyillər və tərəfdaşlıq əlaqələrinin normal məcrada davam etdirilməsində maraqlıdırlar.
O qeyd edib ki, bəzi hallarda tərəfdaşlardan gözlənilən addımların tam şəkildə görülmədiyi vaxtlar olub və bu, münasibətlərin müxtəlif tərəflərinin fərqli qiymətləndirilməsinə səbəb olur.
Nazirin sözlərinə görə, Ermənistan gərginliyə can atmır, əksinə mövcud əməkdaşlığı qorumağa və davam etdirməyə çalışır.
Xatırladaq ki, Sergey Şoyqu bir gün əvvəl çıxışında Ermənistan hakimiyyətinin bəzi addımlarının Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmadığını bildirmişdi.
17:07 21.05.2026
Oxunuş sayı: 60