Nazir: Gənclər yaşıl, inklüziv, əlçatan, təhlükəsiz və insanyönümlü şəhərlər istəyirlər
Milli səviyyədə “Gənclər və gələcəyin şəhəri” təşəbbüsü çərçivəsində Azərbaycanın 33 Gənclər Evi və Gənclər Mərkəzində “Ümümrespublika Gənclər Dialoqu”na təşəbbüs edərək Bakıdan və regionlardan olan gəncləri bir vacib suala cavab vermək üçün bir araya gətirdi: "Gənclər necə bir şəhərdə yaşamaq istəyirlər?" Onların mesajı aydındır: Gənclər yaşıl, inklüziv, əlçatan, təhlükəsiz və insanyönümlü şəhərlər istəyirlər. Onlar vurğuladılar ki, şəhərlər yalnız yol və binalardan ibarət deyil, həm də əlaqə, icma və həyat keyfiyyəti deməkdir.
Crossmedia.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib.
Nazir qeyd edib ki , sözügedən tədbirdə iştirakçılar əlçatan və çoxfunksiyalı ictimai məkanların, daha yaşıl şəhər mühitinin və hər kəs, xüsusilə qadınlar, uşaqlar, yaşlı insanlar və əlilliyi olan şəxslər üçün daha təhlükəsiz şəhərlərin əhəmiyyətini vurğulayıbar:"Onlar təhsil, səhiyyə və əsas xidmətlərin evdən qısa məsafədə əlçatan olduğu "15 dəqiqəlik şəhər" konsepsiyasını və dayanıqlı nəqliyyat sistemlərini qətiyyətlə dəstəklədilər. Gənclər, həmçinin daha güclü regional imkanların, ekoloji dayanıqlığın və daha təmiz nəqliyyat, genişləndirilmiş ictimai məkanlar və daha fəal vətəndaş iştirakı vasitəisylə daha yaşıl şəhər inkişafının əhəmiyyətini vurğuladılar. Eyni zamanda, onlar bizə xatırlatdılar ki, dayanıqlı şəhərlər inklüziv və insanyönümlü qalmalı, innovasiya və texnologiya isə icma həyatını və insanlar arasındakı əlaqəni gücləndirməlidir".
14:08 21.05.2026
Oxunuş sayı: 107