Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB
Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.
Crossmedia.az xəbər verir ki, ailələri burada Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentinin xüsusi nümyəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankıəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidmətini əməkdaşları qarşılayıblar.
12:55
Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.
Crossmedia.az -ın məlumatına görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.
13:50 16.05.2026
Oxunuş sayı: 35