İran–ABŞ danışıqlarında əsas vasitəçi ölkə dəyişmədi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran və Vaşinqton arasında aparılan dialoq hazırda əsasən Pakistan vasitəsilə həyata keçirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Pakistan regionda İran və ABŞ arasında rəsmi vasitəçi rolunu davam etdirir və danışıqlar prosesində əsas əlaqələndirici tərəf kimi çıxış edir.
Bəqayi əlavə edib ki, bir sıra ölkələr də Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində diplomatik fəallıq göstərir. O, xüsusilə Qətərin Tehran və Vaşinqtonla yaxşı münasibətlər saxladığını və prosesdə aktiv rol oynadığını vurğulayıb.
İran rəsmisi, həmçinin qeyd edib ki, Qətər mütəmadi olaraq İranın xarici işlər naziri Abbas Əraqçi ilə fikir mübadiləsi apararaq mümkün razılaşma yollarını müzakirə edir.
13:52 11.05.2026
Oxunuş sayı: 50