ABŞ vətəndaşında hantavirusa yoluxma aşkarlandı
MV Hondius laynerindən təxliyə edilən 17 ABŞ vətəndaşından biri Andes hantavirusuna yoluxub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Səhiyyə Departamenti yayıb.
Bildirilib ki, iki sərnişin biokonteyner bölmələrində “ehtiyatla” daşınıb. Onlardan biri yüngül simptomlar göstərir, digəri isə virusa görə PCR testi verib və nəticəsi yüngül müsbət olub.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.
14:42 11.05.2026
Oxunuş sayı: 46