Ərdoğan Türküstandakı liderlər görüşünə qatılacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-14-də Qazaxıstana dövlət səfəri edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Mayın 15-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
Sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
Bildirilib ki, Türkmənistan və Macarıstan sammitdə müşahidəçi qismində təmsil olunacaqlar.
10:10 11.05.2026
Oxunuş sayı: 78