Akif İslamzadənin son durumu AÇIQLANDI
"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".
Crossmedia.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.
O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər.
"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır. (Oxu.az)
14:13 11.05.2026
Oxunuş sayı: 79