İsrail baş naziri Müctəba Xamenei ilə bağlı açıqlama verib
İsrailin baş naziri Benyamin Netanyahu İran İslam Respublikasının dini lideri Müctəba Xameneinin hazırkı vəziyyəti barədə dəqiq məlumata malik olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
“Düşünürəm ki, Müctəba Xamenei sağdır. Onun vəziyyətini demək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdə gizlənib”, – deyə Netanyahu qeyd edib.
Netanyahu həmçinin iddia edib ki, İranda bəzi tərəfdarlar küçələrə onun adını verir və ona xüsusi ləqəb də qoyublar.
“İranda küçələrə mənim adımı verirlər. Bunu bilirdinizmi? Və prezident Donald Trampdan sonra da, əlbəttə ki, bu mübarizəyə rəhbərlik etdiyi üçün. Mənə farsca ‘Bibi Cun’, yəni ‘sevimli Bibi’ deyirlər”, – deyə o əlavə edib.
10:17 11.05.2026
Oxunuş sayı: 49