Ukrayna Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq istəyir
Ukraynanın xarici işlər naziri Andriy Sibiha Gürcüstan ilə münasibətlərdə “yeni səhifə açmaq” niyyətini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Ukrayna Gürcüstanla münasibətlərin yenilənməsinə və konstruktiv dialoqun davam etdirilməsinə ümid edir.
Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiha Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Şurası iclasından əvvəl deyib.
“Biz gürcü tərəfdaşlarımızla yeni səhifə açmaq istəyirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, iki liderin İrəvanda keçirilən son görüşü tarixi xarakter daşıyıb və “yaxşı fikir mübadiləsinə” imkan verib.
13:43 11.05.2026
Oxunuş sayı: 48