Kiyevə böyük maliyyə proqramında ilk vəsait ayrılır
Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində ilk tranşın gələn həftə ayrılacağını gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Marta Koş Avropa İttifaqı xarici işlər nazirlərinin iclasına gələrkən açıqlama verib.
“Biz ilk tranşı gələn həftə göndərməyi gözləyirik”, – deyə o, ukraynalı jurnalistlərin vəsaitin ayrılma vaxtı ilə bağlı sualına cavabında bildirib.
14:34 11.05.2026
Oxunuş sayı: 44