Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 7 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 15,295 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
Crossmedia.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.
Təkcə apreldə İSƏ Türkiyə Azərbaycana 3,951 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,7 % azdır.
4 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 3,7 % artaraq 1 452,167 milyon ABŞ dollarına, apreldə isə 10,5 % artaraq 427,781 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ 261,154 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 22,1 % çox), İtaliya 106,666 milyon ABŞ dolları (17 % çox) və Almaniya 81,241 milyon ABŞ dolları (11,8 % az) həyata keçirib.
09:51 11.05.2026
Oxunuş sayı: 59