Hindistan Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün 3 şərt irəli sürdü
Hindistan Rusiya-Ukrayna müharibəsində döyüşlərin intensivliyini azaltmaq və mühüm infrastrukturun təhlükəsizliyini təmin etmək məqsədilə üç maddəlik atəşkəs planı irəli sürüb.
Crossmedia.az xəbər verir ki, “Hindustan Times” bu barədə məlumat yayıb.
Hindistanın təklifi enerji və digər kritik infrastruktura hücumların dayandırılmasını, Qara dəniz limanları vasitəsilə taxıl və enerji daşıyıcılarının təhlükəsiz və fasiləsiz daşınmasını, həmçinin Qara dənizdə mülki və kommersiya gəmilərinə zərbələrin dayandırılmasını nəzərdə tutur.
Planın ilk istiqaməti enerji obyektləri və digər kritik infrastruktura qarşı hücumların tam dayandırılmasını əhatə edir.
İkinci istiqamət Qara dəniz limanlarından taxıl və enerji daşıyıcılarının təhlükəsiz şəkildə daşınmasının təmin edilməsidir.
Üçüncü istiqamət isə Qara dənizdə mülki və kommersiya gəmilərinə qarşı hücumların dayandırılmasını nəzərdə tutur.
Təklif sentyabrın 3-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinə təqdim edilib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa daha əvvəl Hindistanın təklifini Kiyevə təqdim olunan dörd atəşkəs təşəbbüsü arasında “ən əhatəli” adlandırıb. O bildirib ki, Ukrayna müxtəlif atəşkəs variantlarını nəzərdən keçirməyə hazırdır, lakin bunun enerji və liman infrastrukturuna hücumların dayandırılması, eləcə də Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə eyni vaxtda həyata keçirilməsini istəyir.
Hindistanın təklifinə Rusiya və Ukraynanın rəsmi reaksiyasının hələ məlum olmadığı bildirilir.
13:43 07.10.2026
Oxunuş sayı: 201