Bakıda 22 min manatlıq oğurluq edilib
Sabunçu rayonunda lombardlardan birindən 7 500 manat pul və 14 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A. Əsgərov müəyyən edilərək saxlanılıb.
12:18 07.10.2026
Oxunuş sayı: 160