Bu ərazilərdə işıq olmayacaq
Bu gün Yasamal və Biləcərinin bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Crossmedia.az xəbər verir ki, “Azərişıq” bu barədə məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də Yasamal rayonunda transformator məntəqəsində təmir işləri aparılacaq.
Biləcəri qəsəbəsində isə 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri görüləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı və Mirəli Seyidov küçələri, Parlament prospektinin bir hissəsi və Qanlı göl ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri qəsəbəsində isə Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
12:09 07.10.2026
Oxunuş sayı: 152