Əli Nağıyev: Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir
Problemin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü bu baxımdan mühüm əhəmiyyət daşıyır: “Belə bir mexanizm axtarışlara, məlumat mübadiləsinə, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafına və ailələrə dəstəyə töhfə verə bilər.
Bugünkü müzakirələrdən gözləntimiz konkret təkliflərdir: etibarlı məlumatlara çıxışın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması. Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən aparılmalıdır.
İtkin vətəndaşlarımızın ailələrini əmin etmək istəyirəm: heç bir itkinimiz unudulmur. Dövlət Komissiyası onların taleyini aydınlaşdırmaq üçün bütün imkanlarını səfərbər etməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə davam edəcək”.
10:48 07.10.2026
Oxunuş sayı: 47