Ov həvəskarlarına şad xəbər
Azərbaycanda 2025-2026-cı illər ov mövsümünün oktyabrın 10-dan açıq elan edilməsinə qərar verilib.
Crossmedia.az xəbər verir ki, qərar “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında qəbul edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.
O, ov həvəskarlarını ov zamanı mövcud qaydalara əməl etməyə, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etməyə çağırıb.
13:14 07.10.2026
Oxunuş sayı: 194