Xalq artisti əməliyyat masasında
Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında əməliyyat olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Teleqraf-a Xalq artistinin qızı Lalə Sənan məlumat verib.
"Hazırda səhhəti normaldır", - deyə L.Sənan əlavə edib.
Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.
11:59 07.10.2026
Oxunuş sayı: 69